SAVAŞIN ƏN AĞIR YÜKÜ: QƏZZADA ERKƏN NİKAH VƏ ZORAKILIQ HALLARI KƏSKİN ARTIB
Qəzzada müharibənin yaratdığı ağır humanitar böhran qız uşaqlarının vəziyyətinə də ciddi təsir göstərir.BMT-nin Əhali Fondunun məlumatına görə, bölgədə məcburi və erkən nikahların sayı iki dəfədən çox artıb. Qızların 14-17 yaş arasında nikaha məcbur edilməsi halları üstünlük təşkil edir. Halların təxminən 3 faizində isə qızların yaşı 14-dən aşağıdır.Eyni zamanda, bu ilin ilk yarısında Qəzzada gender əsaslı zorakılıq hallarının 60 faiz artdığı bildirilir. Psixoloji təzyiq və onlayn zorakılıq da geniş yayılmış problemlər sırasındadır.Bölgədə hamilə qadınların da vəziyyəti ağırdır. BMT-nin hesablamalarına görə, hazırda Qəzzada təxminən 50 min hamilə qadın var və hər gün 180-ə qədər doğuş qeydə alınır. Lakin bir çox xəstəxana zədələnib və fəaliyyət göstərən tibb müəssisələrində də dərman və avadanlıq çatışmazlığı yaşanır.
