TÜRKİYƏ 30 AVQUST ZƏFƏR BAYRAMINI QEYD EDİR
Avqustun 30-da Türkiyə Cümhuriyyətində Qurtuluş Savaşının həlledici mərhələsi olan Böyük Taarruzun 104-cü ildönümü — Zəfər Bayramı təntənə ilə qeyd olunur.
1922-ci il avqustun 30-da Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Dumlupınarda qazanılan bu tarixi qələbə Türkiyənin müstəqillik mübarizəsinin zəfərlə başa çatmasını təmin edib. Türkiyə Böyük Millət Məclisi tərəfindən milli bayram elan edilən bu gün ölkə daxilində və xaricdəki diplomatik nümayəndəliklərdə böyük ehtiramla anılır.
Bayram münasibətilə paytaxt Ankarada Anıtqəbir ziyarət olunur, ölkə boyu müxtəlif rəsmi mərasimlər, hərbi keçidlər və tədbirlər təşkil edilir.
Zəfər Bayramı münasibətilə qardaş Türkiyə xalqını təbrik edir, müstəqillik mübarizəsinin qəhrəmanlarını rəhmətlə anırıq.
