VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISI QƏTLƏ YETİRİLİB
Qaradağ rayonunda 33 yaşlı qazi qətlə yetirilib, qardaşı isə xəsarət alıb.
AvazMedia Unikal-a istinadən xəbər verir ki, hadisə oktyabrın 21-də gecə saatlarında Qobustan qəsəbəsində baş verib. Məlumata görə, şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı 1998-ci il təvəllüdlü Vüqar Şirinzadə həmyaşıdı, Vətən müharibəsi qazisi Rahib Əminovu kəsici alətlə qətlə yetirib, onun qardaşı Elminə isə xəsarət yetirib.
Hüquq-mühafizə orqanlarının keçirdiyi tədbirlərlə V.Şirinzadə saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, mərhum Rahib Əminov könüllü olaraq Vətən müharibəsində iştirak edib, döyüşlərdə yaralanıb və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.
