ZƏNGƏZURDA SAXLANILAN HƏRBÇİ İRƏVANA APARILDI
Azərbaycan hərbçisi Nəsimi Mustafayev Zngəzurun Şəki kəndində saxlanıldıqdan sonrakı gecə Sisian xəstəxanasından İrəvandakı tibb mərkəzlərindən birinə köçürülüb.
“Sputnik Ermənistan” bu məlumatı öz mənbələrindən əldə etdiyini yazır.
Nəsiminin hansı tibb müəssisəsində olduğu və vəziyyəti barədə müvafiq dövlət qurumları şərh vermirlər.
Qeyd edək ki, naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Zəngəzurun Şəki kəndində Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb.
