Ticarət savaşı qızışır: Kanada ABŞ-yə gömrük zərbəsi vurur
Kanada Donald Trampın rüsum hədələrinə qarşı cavab addımları atacağını açıqlayıb. İki ticarət tərəfdaşı arasındakı gərginliyin qlobal logistika zəncirində dərin böhrana yol açacağı gözlənilir.
Ticarət müharibəsi 2026-cı ilin mayında Trampın Kanadadan idxal edilən məhsullara 25 faizlik rüsum tətbiq etməsilə başlayıb. İyulda isə bu göstərici 50 faizə qaldırılaraq süd məhsulları, şərab və tikinti materiallarını əhatə edib. Danışıqların nəticəsiz qalmasından sonra illik həcmi 20 milyard dolları ötən bu tariflər avqustun 22-dən qüvvəyə minib.

Buna cavab olaraq, Kanada sentyabrın 8-dən etibarən 700 ABŞ əmtəəsinə 15, 25 və 50 faizlik gömrük rüsumları tətbiq edəcəyini bəyan edib.
Bu addım qlobal istehsalat və nəqliyyat sistemini birbaşa təhlükə altına qoyur:
- Sərhədlərdə tıxac və istehsalın dayanması: ABŞ və Kanada arasında gündə 40 min yük maşını və binlərlə qatar hərəkət edir. Yüksək texnologiyalı bir detal hazır məhsula çevrilənədək sərhədi 7-8 dəfə keçir. Hər keçidə tətbiq ediləcək yeni rüsumlar istehsalat konveyerlərini dayandıra bilər.
- Qlobal inflyasiya təhlükəsi: Yüksək texnologiyalı məhsullar bazarında qiymətlərin kəskin artacağı gözlənilir.
- Logistika böhranı: Şirkətlərin artıq qonşu ölkənin tranzit imkanlarından imtina etməsi dəniz və hava limanlarında qiymətləri qaldıracaq, dünya logistika şəbəkəsində ciddi problemlər yaradacaq.
