“Fənərbağça”dan tarixi uğur: 18 illik həsrətə Fransada son qoyuldu
Türkiyənin “Fənərbağça” 🇹🇷 klubu UEFA Çempionlar Liqasında 18 illik həsrətə son qoyaraq əsas mərhələyə vəsiqə qazanıb.Pley-off mərhələsinin cavab qarşılaşmasında Fransanın “Lion” 🇫🇷 komandasının qonağı olan İstanbul təmsilçisi gərgin keçən matçda 2:1 hesablı vacib qələbə qazanıb. İstanbuldakı ilk görüşün 1:1 hesabı ilə yekunlaşdığını nəzərə alsaq, iki oyunun nəticəsinə görə rəqibini 3:2 hesabı ilə üstələyən “sarı-lacivərdlilər” adını Çempionlar Liqasının Liqa mərhələsinə yazdırıb.Bununla da “Fənərbağça” 2008/09 mövsümündən bu yana ilk dəfə Avropanın ən mötəbər klub turnirinin əsas mərhələsində mübarizə aparmaq hüququ əldə edib.
