BANK SEKTORUNUN MƏNFƏƏTİ 25,8 % ARTIB
Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar-iyul aylarında 858,7 milyon manat xalis mənfəət əldə edib.Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,8 % çoxdur.7 ay ərzində bankların əməliyyat gəlirləri 4 milyard 403 milyon manat olub. Bu, 2025-ci ilin yanvar-iyul aylarının göstəricisi ilə müqayisədə 13,25 % çoxdur.Bu ilin 7 ayı ərzində bankların əməliyyat xərcləri 3 milyard 57,1 milyon manat, xüsusi ehtiyatlara ayırmaları 273,4 milyon manat,gözlənilməz xərcləri isə 0,3 milyon manat olub.2026-cı ilin yanvar-iyul aylarında bankların mənfəət vergisi ödəmələri 213,4 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,8 % çoxdur.
