Ukrayna Rusiyanın nəhəng neft zavodunu vurub
Ukrayna PUA-larının hücumu nəticəsində Rusiyanın Nijni Novqorod vilayətində yerləşən “NORSI” neft emalı zavodu xam neft emalını tamamilə dayandırıb.Avqustun 26-da baş verən dron zərbələri nəticəsində zavodun bir neçə emal qurğusu, infrastrukturu və köməkçi tikililəri ciddi zədələnib. Mütəxəssislər dəyən zərərin nə vaxt aradan qaldırılacağını və istehsalın nə zaman bərpa olunacağını hələlik dəqiqləşdirə bilmirlər.Ölkənin ən iri neft emalı müəssisələrindən biri və ikinci böyük benzin istehsalçısı olan “NORSI” illik təxminən 15 milyon ton xam neft emal etmək gücünə malikdir. Strateji obyekt daha əvvəl də Ukraynanın analoji hava hücumlarının hədəfi olmuşdu.
