HİDAYƏT HEYDƏROV DÜNYA ÇEMPİONATINDA NÖVBƏTİ QƏLƏBƏSİNİ QAZANIB
Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.
73 kq çəki dərəcəsində mübarizə aparan H.Heydərov 1/16 finalda Finlandiya təmsilçisi Valtteri Olinlə qarşılaşıb.
Rəqibinə qalib gələn cüdoçumuz adını 1/8 finala yazdırıb. O, bu mərhələdə italiyalı idmançı Covanni Esposito ilə üz-üzə gələcək.
