“TÜRKİYƏ SERİALLARINDA ÇƏKƏCƏYİK” DEYİB VALİDEYNLƏRİ ALDADDILAR: XƏTAİ RAYONUNDA 2 MİN MANATLIQ DƏLƏDUZLUQ
Avaz Media xəbər verir ki, redaksiyamıza daxil olan şikayət Bakıda valideynlərə qarşı törədilən dələduzluq faktı ilə bağlıdır. Xətai rayonunda – Amay Ticarət Mərkəzində fəaliyyət göstərən “Devin Media” aktyorluq kursunun rəhbəri Atila Uysal tərəfindən aldadıldıqlarını deyən 50-yə yaxın valideyn redaksiyamıza müraciət edib.Şikayətçilərin sözlərinə görə, kurs rəhbərliyi uşaqların Türkiyənin məşhur seriallarında çəkiləcəyini vəd edərək onlardan hər birindən 2 000 manat məbləğində pul alıb. Lakin aradan bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, verilən vədlər yerinə yetirilməyib, ödənilən pullar isə geri qaytarılmayıb.Aldadıldıqlarını anlayan valideynlər haqqlarını tələb etmək üçün kursun ofisinə üz tutsalar da, qarşı tərəfdən heç bir nəticə əldə edə bilməyiblər. Zərərçəkənlər övladlarının arzularının puç olduğunu, həmçinin maddi ziyana məruz qaldıqlarını bildirərək digər vətəndaşların da bu cür hallarla üzləşməməsi üçün məsələnin ictimailəşdirilməsini xahiş ediblər.Məsələ ilə bağlı Xətai rayonunda cinayət işi açılıb, hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.
