YASAMALDA MƏKTƏBLİ İNTİHAR EDİB
Bakının Yasamal rayonundakı 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məktəbin VII sinif şagirdi – 2014-cü il təvəllüdlü G.D. binanın dördüncü mərtəbəsinin pəncərəsindən özünü ataraq intihar edib.
Araşdırma zamanı məlum olub ki, məktəblinin anası 2024-cü ildə vəfat edib və bundan sonra o, uzun müddət psixoloji pozuntudan əziyyət çəkərək müalicə alıb. Onun atası da psixoloji problemlərlə əlaqədar 2-ci qrup əlildir. G.D. xalasının himayəsində yaşayırmış.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, hadisə baş verən kimi dərhal təcili tibbi yardım çağırılıb, lakin şagird aldığı xəsarətlərdən dünyasını dəyişib. Qurum ictimaiyyətdən məsələyə həssas yanaşmağı və yalnız rəsmi açıqlamalara istinad etməyi xahiş edib.
TƏBİB-dən verilən məlumata görə, səhər saat 10:00 radələrində daxil olan çağırışla əraziyə gələn təcili yardım briqadası azyaşlının həkiməqədər ölüm faktını qeydə alıb.
Baş Prokurorluq faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparıldığını açıqlayıb.
