Avropa çempionatı: Azərbaycan millisi qrupdakı sonuncu oyunda məğlub olub
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan Avropa çempionatının C qrupunda sonuncu oyununu keçirib. Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv Niderland seçməsi ilə üz-üzə gəlib.Milli Gimnastika Arenasında baş tutan qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb – 3:1 (15:25, 25:16, 25:22, 25:19).Azərbaycan millisi 8 xalla qrup üçüncüsü kimi 1/8 finala vəsiqə qazanıb.Xatırladaq ki, daha əvvəl Portuqaliya, İspaniya və Rumıniyanı məğlub edən yığma Belçikaya uduzub
