Azərbaycan–Özbəkistan yaşıl enerji əməkdaşlığı genişlənir
Azərbaycan və Özbəkistan arasında enerji tərəfdaşlığı bərpaolunan enerji və yeni ötürücü infrastruktur layihələri ilə genişlənir. COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında strateji tərəfdaşlıq sazişi imzalanıb, daha sonra “Yaşıl Dəhliz Birliyi” yaradılıb. Məqsəd bərpaolunan enerjinin ixracını təşkil etmək və Xəzər dənizinin dibi ilə elektrik ötürücü infrastrukturun qurulmasını əlaqələndirməkdir.Azərbaycanın külək enerjisi, Özbəkistanın isə günəş enerjisi üzrə böyük potensialı iki ölkənin imkanlarını tamamlayır. Özbəkistan 2030-cu ilə qədər bərpaolunan enerji gücünü 20 qiqavata çatdırmağı hədəfləyir.Əməkdaşlıq enerji ilə yanaşı tranzit sahəsini də əhatə edir. 2025-ci ildə iki ölkə arasında tranzit yükdaşımaları 6,7 faiz artaraq 1,4 milyon tona çatıb. Bu proses Azərbaycanın Mərkəzi Asiyanın Avropa bazarlarına çıxışında rolunu daha da gücləndirir.
