“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb – SƏRƏNCAM
UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan “Sabah” futbol klubuna Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılıb.Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabineti isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.Qeyd edək ki, “Sabah” avqustun 25-də UEFA Çempionlar Liqasının pley-offunda İsrailin “Hapoel” (Beer-Şeva) komandasını iki oyunun nəticəsinə (1:2, 5:2) əsasən mübarizədən kənarlaşdıraraq turnirin əsas mərhələsinə vəsiqə qazanıb.
