Azərbaycanın Gürcüstana ixracı kəskin artıb
2026-cı ilin yanvar-iyul aylarında Azərbaycan ilə Gürcüstan arasında ticarət əlaqələrində kəskin artım qeydə alınıb. İki ölkə arasında ticarət əməliyyatlarının ümumi həcmi 668,5 milyon dollara çataraq, ötən ilin eyni dövrü ilə müqayisədə 203,7 milyon dollar və ya 43,8 faiz çoxalması ilə diqqət çəkir.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, qonşu ölkəyə ixracatımız xüsusilə yüksək dinamika göstərib. Belə ki, ilin ilk 7 ayında Azərbaycandakı istehsalçıların Gürcüstana göndərdiyi məhsulların dəyəri 576,7 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 50,9 faizlik böyümə deməkdir.
Hesabat dövründə Gürcüstandan ölkəmizə edilən idxalın məbləği 91,8 milyon dollar olub. Bununla da Gürcüstan Azərbaycanın ümumi ticarət dövriyyəsində 2,29 faizlik payla ən çox ticarət tərəfdaşlığı etdiyi ölkələr siyahısında 6-cı sıraya yüksəlib.
