AZƏRBAYCAN KUBOKUNDA II TƏSNİFAT MƏRHƏLƏSİNİN OYUNLARI DAVAM EDİR
Azərbaycan Kubokunun 2026/2027-ci illər mövsümündə II təsnifat mərhələsinin oyunları davam edir.
Bu gün mərhələ çərçivəsində beş qarşılaşma keçiriləcək.
Günün ilk oyunları saat 14:00-da başlayacaq. “İmişli” “Qaradağ Lökbatan”, MOİK isə “Şahdağ Qusar” komandası ilə qarşılaşacaq. Eyni vaxtda “Hypers” və “Şamaxı” da münasibətlərinə aydınlıq gətirəcək.
Saat 16:00-da “Şəfa” “Ağstafa Gəncləri”ni qəbul edəcək. Günün son matçında isə saat 19:00-da “Kəpəz” və “Baku Sportinq” komandaları qarşılaşacaqlar.
Azərbaycan Kuboku
II təsnifat mərhələsi
28 oktyabr
14:00. “İmişli” – “Qaradağ Lökbatan”
14:00. MOİK – “Şahdağ Qusar”
14:00. “Hypers” – “Şamaxı”
16:00. “Şəfa” – “Ağstafa Gəncləri”
19:00. “Kəpəz” – “Baku Sportinq”
Qeyd edək ki, II təsnifat mərhələsinə oktyabrın 29-da yekun vurulacaq.
