AZƏRBAYCAN PREMYER LİQASINDA III TURA İKİ OYUNLA YEKUN VURULACAQ
Misli Premyer Liqasında III turun sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk matçında “Araz-Naxçıvan” Qəbələ şəhər stadionunda “Sabah”ı qəbul edəcək. Hazırda Naxçıvan təmsilçisi 1 xalla 11-ci, “Sabah” isə 3 xalla 6-cı pillədə qərarlaşıb.
Tura Sumqayıt şəhər stadionunda baş tutacaq “Sumqayıt” – “Qarabağ” oyunu ilə yekun vurulacaq. Turnir cədvəlində 3 xalı olan “Qarabağ” 5-ci sırada yer aldığı halda, xalı olmayan “Sumqayıt” sonuncu — 12-ci pillədədir.Misli Premyer Liqası (I dövrə, III tur)
31 avqust
AFFA nümayəndəsi: Törə Əhmədova
18:00. “Araz-Naxçıvan” – “Sabah”
Stadion: Qəbələ şəhər stadionu
Hakimlər: Rəvan Həmzəzadə, Teymur Teymurov, Müslüm Əliyev, Vüqar Həsənli
VAR / AVAR: Kamranbəy Rəhimov / Zöhrab Abbasov
Hakim-inspektor: Ömər Paşayev
