AZƏRBAYCANLI AKROBATLAR DÜNYA ÇEMPİONU OLDULAR
İtaliyanın Pezaro şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında Azərbaycanın qadın qrupu qızıl medal qazanıb.
Bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Bildirilib ki, Anahita Başiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva 28,580 xal toplayaraq dünya çempionu olublar.
