BAKININ MƏRKƏZİ PROSPEKTİNDƏ GÜCLÜ YANĞIN BAŞ VERİB
Bakının Xətai rayonunda, 8 Noyabr prospektində güclü yanğın baş verib. Hadisə taxta və təkər tullantıları yığılmış açıq sahədə qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində alovun genişlənməsinə imkan verilməyib və yanğın qısa müddətdə tamamilə söndürülüb.
