KADIROV PREZİDENT İLHAM ƏLİYEVİ QARABAĞ MƏSƏLƏSİNİN HƏLLİ İLƏ BAĞLI TƏBRİK ETDİ
Çeçenistanın başçısı Ramzan Kadırov İlham Əliyevə Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik etmək istədiyini deyib.
İlham Əliyevin bu gün Bakıda qəbulunda Ramzan Kadırov bildirib:
“Xalqınızı Qarabağ məsələsinin həlli münasibətilə təbrik etmək istərdim. Əminəm ki, bölgədə daim sülh və sabitlik hökm sürəcək”.
