BU GÜN AZƏRBAYCAN PREMYER LİQASINDA İKİ MARAQLI OYUN OLACAQ
Bu gün Misli Premyer Liqasında 4-cü turun daha iki oyunu keçirləcək.Günün ilk oyununda “Sabah” öz meydanında “Zirə”ni qəbul edəcək.Hazırda “Zirə” komandası 9 xalla birinci, “Sabah” isə 6 xalla dördüncü yerdədir.Lakin “Sabah” bir oyun az keçirib. Digər matçda isə “Neftçi” “Şəfa”nı qəbul edəcək. 3 turdan sonra “Neftçi” 6 xalla ikinci, “Şəfa” isə 3 xalla doqquzuncu pillədə qərarlaşıb. Qeyd edək ki, tura sabah keçiriləcək iki matçla yekun vurulacaq. Misli Premyer LiqasıIV tur5 sentyabr 18:30. “Sabah” – “Zirə”Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Əli ƏliyevVAR: Tural Qurbanov AVAR: Asiman Əzizli“Bank Respublika Arena”20:30. “Neftçi” – “Şəfa”Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin BayramovVAR: Fərid Hacıyev AVAR: Cəmil Quliyev“Palms Sports Arena”6 sentyabr 18:00. “Turan Tovuz” – “Sumqayıt”20:15. “Qarabağ” – “Araz-Naxçıvan”4 sentyabr (cümə)“Qəbələ” – “İmişli” – 2:1“Kəpəz” – “Şamaxı” – 1:4.
