CEYRANBATANDA YAŞAYIŞ KOMPEKSİNDƏ NÖVBƏTİ DƏFƏ YANĞIN BAŞ VERİB
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən “Eko Park” yaşayış kompleksində yanğın qeydə alınıb.Alov 10 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən mənzildə baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olan kimi əraziyə dərhal Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.FHN əməkdaşlarının operativ müdaxiləsi sayəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülməsi təmin edilib. Qeyd edək ki, “Eko Park” yaşayış kompleksində oxşar hadisə bundan əvvəl də qeydə alınmışdı.
