HAMAMDA QAZDAN ZƏHƏRLƏNƏN KİŞİ ÖLDÜ
Qubada kişi qazdan zəhərlənərək ölüb.
Hadisə şəhərin SUM-12 yaşayış massivində qeydə alınıb.
Şəhər sakini olan 60 yaşlı Allahverdiyev İmran Ziyəddin oğlu yaşadığı evin həyətindəki hamamda çimərkən dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Quba rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
