ŞƏKİDƏKİ HADİSƏ ERMƏNİSTAN GENERALININ İSTEFASINA SƏBƏB OLUB
Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayevlə bağlı hadisə Ermənistanın hərbi qurumlarında istefaların başlamasına səbəb olub.
Bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
“Hadisədən bir neçə gün sonra ilk istefa baş verdi – Milli Təhlükəsizlik Xidmətinin direktor müavini, general-mayor David Sanamyan vəzifəsindən ayrıldı. Onun məsuliyyət zonasına qismən Milli Təhlükəsizlik Xidməti Sərhəd Qoşunlarının fəaliyyətinin koordinasiyası (əlaqələndirilməsi) daxildir. Lakin mənbələrimizin məlumatına görə, yaxın zamanda həmçinin Müdafiə Nazirliyində və digər strukturlarda da istefalar baş verə bilər”, – deyə materialda bildirilib.
