İstanbulda iki tramvay toqquşub, xəsarət alanlar var
Türkiyənin İstanbul vilayətinin Zeytinburnu rayonunda iki tramvay toqquşub.
Bu barədə “TRT Haber” məlumat yayıb . Bildirilir ki,toqquşmadan sonra əraziyə yanğınsöndürənlər, polis və təcili tibbi yardım briqadaları cəlb olunub.
Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisənin başvermə səbəbləri hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
