LƏNKƏRANDA AĞIR YOL QƏZASI: ÖLƏNLƏR VAR
Sentyabrın 16-sı axşam saatlarında Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Ələt-Astara magistral yolunun 155-ci kilometrliyində Astara istiqamətində hərəkətdə olan Amid Məmmədovun idarə etdiyi “Mercedes Vito” markalı mikroavtobus İran vətəndaşı Aydın Riyazinin sürdüyü “Dong Feng” markalı yük avtomobili (TIR) ilə toqquşub. Zarzıyan zərbənin şiddətindən mikroavtobusda olan sərnişinlər nəqliyyat vasitəsinin içində sıxılı qalıblar. Hadisə yerinə dərhal FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub və onlar meyitləri avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.Qəza nəticəsində mikroavtobusda olan sərnişinlərdən Şıxakəran kənd sakini, 1962-ci il təvəllüdlü Gülnaz Ağayeva və hələlik şəxsiyyəti məlum olmayan bir kişi yerindəcə həyatını itirib. Digər sərnişin, 1978-ci il təvəllüdlü Gülnarə Hüseynova isa ağır xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hər iki avtomobilin sürücüsü qəzanı xəsarətsiz ötüşdürüb. Hazırda faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
