RÖYANIN KEÇMİŞ QAYINATASI HƏBSDƏN ÇIXDI
Xalq artisti Röyanın keçmiş qayınatası, məşhur “Çudo peçka” şirniyyat mağazaları şəbəkəsinin sahibi Çingiz Cəlilov 9 il sonra həbsdən azadlığa çıxıb.
Bu barədə məlumatı jurnalist Ülviyyə Alovlu yayıb.
Çingiz Cəlilov “Bank Standard”ın keçmiş İdarə Heyətinin sədri Səlim Krimanla əlbir olaraq bankdan ümumilikdə 21,874 milyon manat krediti qanunsuz çıxarmaqda təqsirli bilinib. O, 2017-ci ildə həbs olunmuşdu.
O özünün təqsirli olmadığını və kreditin çox hissəsinin ona çatmadığını deyirdi.
Həmçinin , Çingiz Cəlilov “Yol əhvalatı” filminin ssenari müəllifi Asim Cəlilovun oğludur.
