ŞƏMKİRDƏ HƏYƏCANLI ANLAR: YANAN AVTOMOBİL HƏRƏKƏTƏ GƏLƏRƏK QƏZA TÖRƏTDİ
Şəmkir rayonunda şadlıq saraylarından birinin yaxınlığında təhlükəli və həyəcanlı anlar yaşanıb. Yol kənarında park edilmiş “VAZ-21099” markalı minik avtomobilində qəfildən yanğın baş verib. Alov qısa müddətdə nəqliyyat vasitəsini bürüyərkən gözlənilməz məqam baş verib: yanan avtomobil qəfil hərəkətə gələrək önündə dayanmış başqa bir maşına çırpılıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində alovun qarşısı alınıb və avtomobilin qalan hissəsi tam yanmaqdan xilas edilib. Faktla bağlı araşdırma aparılır.
