YƏMƏNDƏ QANLI QARŞIDURMA: 50-YƏ YAXIN ÖLÜ VAR
Yəməndə hökumət qüvvələri ilə husilər arasında son 24 saat ərzində gedən döyüşlərdə təxminən 50 nəfər ölüb.Bu barədə Agence France-Presse (AFP) məlumat yayıb.Agentliyin məlumatına görə, ölənlər arasında həm hökumət qüvvələrinin, həm də husilərin üzvləri var. Məlumat AFP-yə danışan mənbələrə istinadən yayılıb.Tərəflər arasında döyüşlərin son sutka ərzində intensivləşdiyi bildirilir.
