ZAUR KAMAL XƏSTƏXANAYA DÜŞÜB?
Aparıcı Zaur Kamalın səhhətinin pisləşməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Belə ki, aparıcının klinikada sistem köçürdüyü görüntülər yayılıb. Zaur Kamal paylaşımında virusa yoluxduğunu bildirərək, dünən özünü pis hiss etdiyini qeyd edib.
Aparıcı bildirib ki, vəziyyəti ilə bağlı ciddi narahatlıq yoxdur və sosial şəbəkədəki paylaşımı xəbər saytlarında olduğundan fərqli təqdim edilib:
“Belə bir şey yoxdur. Elə-belə paylaşmışdım, götürüb xəbər yayıblar. Yaxşıyam, hər şey yaxşıdır”.
